“Hekayəsini bilmədiyin heç kimi sağalda bilməzsən.”— Jacques LacanSeansa yazılın
Uzman psixoloq və ailə konsultantı kimi fərdlərə və cütlüklərə daxili dünyalarını anlamaqda, sağlam münasibətlər qurmaqda və həyat keyfiyyətini artırmaqda dəstək oluram. İşimdə elmi əsaslı terapiya üsullarından istifadə edir, hər pasiyentə psixoloji etik kodeksə sadiq qalaraq yanaşıram.
Uzun müddət davam edən narahatlıq, stress, kədər, yuxu problemləri, münasibətlərdə çətinliklər və ya sadəcə "özümü yaxşı hiss etmirəm" duyğusu müraciət üçün kifayətdir.
İlk görüşdə sizi nəyin narahat etdiyini dinləyirəm, həyatınız və gözləntiləriniz haqqında suallar verirəm. Birlikdə məqsədləri müəyyənləşdirir və sizə ən uyğun terapiya üsulunu seçirik.
Bəli. Seanslarda danışılan hər şey peşə etikası çərçivəsində tam məxfi saxlanılır. Yalnız sizin və ya başqasının həyatı üçün ciddi təhlükə olduğu istisna hallarda bu qayda dəyişə bilər.
Bəli. Seanslar həm onlayn, həm də üz-üzə keçirilir. Onlayn seanslar da üz-üzə görüşlər qədər effektiv ola bilər. Sakit və təklikdə olduğunuz bir yer seçməyiniz kifayətdir.
Bu, mövzudan və məqsədlərinizdən asılıdır.
Seansların müddəti və qiymətləri ilə bağlı məlumatı Seanslar və qiymətlər bölməsində tapa bilərsiniz.
Onlayn və üz-üzə
seanslar
Fərdi və
cütlük seansları
Tam
məxfilik
Elmi əsaslı
terapiya üsulları
Hər insanın hekayəsi fərqlidir. Aşağıda hər üsulun nə olduğunu və kimə uyğun olduğunu oxuyun. Qərar verməkdə çətinlik çəksəniz, ilk görüşdə ən uyğun üsulu birlikdə seçəcəyik.
Bu gün yaşadığımız hisslərin, mübarizə aparma üsulları və münasibət qurma tərzimizin çox vaxt fərqində olmadığımız bir yerdən — yəni şüuraltından qaynaqlandığına inanılır. Psixodinamik terapiyada məqsəd görünməyən bu tərəfi: keçmişdən gələn izləri, basdırılmış hissləri və yuxularda qarşımıza çıxan simvolları birlikdə kəşf edib, onların bugünkü həyatımızla əlaqəsini qurmaqdır.
Özünü daha dərin tanımaq istəyən, təkrarolunan münasibət problemləri yaşayan, daha dərindən və uzun müddət davam etmək istəyən hər kəsə uyğundur.
KDT-yə görə düşüncələrimiz hisslərimizi, hisslərimiz isə davranışlarımızı formalaşdırır. Yaşadığımız həyəcan, kədər və ya qəzəbin çox vaxt hadisənin özündən deyil, o hadisəyə verdiyimiz mənadan qaynaqlandığını anlamağımıza kömək edir. Bu, bu günə və konkret məqsədlərə yönələn, addım-addım irəliləyən bir terapiya yanaşmasıdır.
KDT aktiv və strukturlaşdırılmış bir prosesdir. Seanslar arasında verilən kiçik ev tapşırıqları (məsələn, bir düşüncəni tutub yazmaq, qorxulan bir situasiyanı addım-addım sınamaq) öyrənilənlərin təkcə seansda deyil, real həyatda da işə yarayacağını təmin edir. Terapevt bu prosesdə pasiyentlə birlikdə istiqamətləndirici şəkildə işləyir.
Konkret bir problemi (həyəcan, panika, fobiya, vərdişə çevrilmiş taxıntılı düşüncələr, aşağı özünəinam kimi) konkret addımlarla və nisbətən daha qısa müddətdə həll etmək istəyən, praktiki işlərə açıq olan şəxslər üçün uyğundur.
Sxema terapiyası — koqnitiv davranış terapiyası, psixodinamik yanaşma və Geştalt terapiyasının inteqrativ bir modelidir. Uşaqlıq və yeniyetməlik dövründə bəzi təməl emosional ehtiyaclarımız (sevilmək, təhlükəsizlikdə hiss etmək, dəyər görmək kimi) kifayət qədər qarşılanmadıqda, həyatımız boyu bizi dəfələrlə eyni nöqtəyə gətirən "sxemalar" (düşüncə və davranış qəlibləri) yarana bilər. Sxema terapiyası kök salmış bu vərdişləri və onların öhdəsindən gəlmək üçün inkişaf etdirdiyimiz reaksiyaları birlikdə ələ alır.
Məsələn: Tərk edilmə sxeması olan biri, münasibətində partnyoru bir az gec cavab yazdıqda dərhal "Məni tərk edəcək, tək qalacam" deyə düşünüb böyük bir təşvişə düşə bilər. Yetərsizlik sxeması olan biri, uğurlu olduğu bir işdə belə "Əslində kifayət qədər yaxşı deyiləm, bir gün bunu anlayacaqlar" hissi ilə yaşaya bilər. Emosional yoxsunluq sxeması olan biri isə, ətrafında insanlar olsa da, daxilən heç kimin onu həqiqətən anlamadığını, mənəvi olaraq tək olduğunu hiss edə bilər. Sxema terapiyası bu reaksiyaların haradan gəldiyini və bugünkü həyata necə təsir etdiyini birlikdə anlamağı hədəfləyir.
Proses adətən bir sxema testi (sualnaməsi) ilə başlayır. Bu test insanda hansı sxemaların daha üstün olduğunu və bunların öhdəsindən necə gəlindiyini aşkara çıxarır; beləliklə, terapiya insana özəl bir yol xəritəsi ilə irəliləyir.
Sxemlər uşaqlıqdan formalaşan və bu gün də düşüncələrimizə, hisslərimizə və münasibətlərimizə təsir edən dərin inanclardır. Bu qısa test hansı mövzuların sizin üçün daha aktual ola biləcəyini görməyə kömək edir.
Bu test diaqnoz qoymur və tam sxem qiymətləndirməsini əvəz etmir. Nəticələr yalnız özünüzü daha yaxşı tanımaq və terapiyaya hazırlıq üçündür. Cavablarınız heç yerə göndərilmir və saxlanılmır.
Problemlər çox vaxt bir nəfərdə deyil, münasibətin özündə yaranır. Ailə və cütlük terapiyasında tərəflərin bir-birini eşitməsi, ünsiyyət tərzinin dəyişməsi və münaqişələrin sağlam yolla həll olunması üzərində işləyirik.
Seanslar neytral və təhlükəsiz mühitdə, hər iki tərəfə bərabər hörmətlə aparılır.
Uyğundur: ünsiyyət problemləri, tez-tez mübahisələr, güvən problemləri, ailədaxili gərginlik, valideyn-övlad münasibətləri.
Bu terapiya problemin səbəblərindən çox, həll yollarına və gələcəyə fokuslanır. Sizin artıq malik olduğunuz güclü tərəfləri və resursları üzə çıxarır, kiçik, lakin real addımlarla dəyişiklik yaradırıq.
Adətən az sayda seansda konkret nəticə əldə etmək məqsədi daşıyır.
Uyğundur: konkret bir problemə tez həll axtaranlar, stress, qərar vermə çətinlikləri, həyat dəyişikliklərinə uyğunlaşma.
Gündəlik həyatda tez-tez qarşılaşdığımız psixoloji suallara qısa və aydın cavablar.
Sualınız varsa və ya seans təyin etmək istəyirsinizsə, sizə uyğun yolla əlaqə saxlayın. Ən qısa zamanda cavab veriləcək.
Onlayn və üz-üzə seanslar